50 ildən çoxdur ki, keçirilən Davos İqtisadi Forumuna dünya liderləri, nüfuzlu şirkətlərin rəhbərləri qatılır. Forum Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Bu tədbir dünyanın iqtisadimənzərəsinin formalaşdırılmasında önəmli rol oynayaraq qlobal iqtisadiyyata və siyasi proseslərə yeni istiqamətlər verir. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, dünyada nüfüz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların - BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir.Dövlətimizin başçısı İlham Əliyevin növbəti dəfə Davos İqtisadi Forumuna dəvət olunması Azərbaycan Prezidentinin yeni konfiqurasiya quruluşu dövründə də beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.
Cənab Prezident İlham Əliyev xarici kanallara verdiyi çoxsaylı müsahibələr kimi bu dəfə də, 2023-cü il 17 yanvar tarixində Davos İqtisadi Forumu çərçivəsində Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. Prezident İlham Əliyev müsahibəsi zamanı qeyd edib ki, "Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir".Həmçinin"Çin iqtisadiyyatı təkcə ölkənizlə məhdudlaşmır. Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır. Bu, bir məsuliyyətdir və hökumətiniz bu qlobal məsuliyyəti dərk edir" bu barədə müsahibəsi zamanı bildirib.
Prezident İlham Əliyev müsahibəsində bildirmişdir ki, “Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik”. Bildirilib ki, İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz vardır.
Perspektiv əməkdaşlıq əlaqələrinə toxunan Prezident qeyd edib ki,Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir.Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Tarixi keçmişə nəzər salsaq İpək Yolunun tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir. Azərbaycan və Çin münasibətləri müxtəlif sahələrdə durmadan inkişaf edir. Beynəlxalq Təşkilatlar çərçivəsində iki ölkə arasında uğurlu əməkdaşlıgın həyata keçirilməsi, iqtisadi, siyasi, mədəni əlaqələrin güclənməsinə zəmin yaradır.
Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Bu səylər birləşməlidir.Bərpaolunan enerji mənbələri Azərbaucan üçün əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalanıb. Bu layihələr regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək.Prezident İlham Əliyev bütün verdiyi sözləri yerinə yetirib. Siyasi həyatda heç vaxt olmayıb ki, Prezident İlham Əliyev söz verdiyinin arxasında dayanmasın. Verilən bütün sözlər yerinə yetirilib. Prezident İlham Əliyevin dövlət siyasəti nəticəyönlüdür.
Prezident İlham Əliyevin hər il regionlara təxminən 30-40 səfəri təşkil olunur. Səfərlər çərçivəsində insanları narahat edən problemlər öyrənilir və onların həlli yolları araşdırılır. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb.
Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub. Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq.
Ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi səyləri yüksək qiymətləndirilib. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Qoşulmama Hərəkatının böyük potensialı var, çünki ölkələrin bu və ya digər dərəcədə eyni keçmişləri var, eyni problemləri var. Onların əksəriyyəti müstəmləkə olub və onlar başqalarının əsarəti altında yaşamağın nə demək olduğunu bilirlər.
Silahlar yerə qoyulmalı və diqqətlər bəşəriyyətin üzləşdiyi problemlərə yönəlməlidir – yoxsulluq, aclıq və bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması. Budur fundamental problemlər.
Bu gün ən mötəbər beynəlxalq tədbirlərdəki münasibətllərdən bir daha aydın olur ki, iri şirkətlər və dövlətlər president cənab İlham Əliyevin siyasətinə inanırlar, etibar eidrlər, ona görə də ölkəmizlə iqtisadi və ticari əlaqələrin inkişafında maraqlıdırlar.

Kəmalə Abbaszadə,
Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-liseyin Tarix müəllimi