21 yanvar 2023 01:50
616

Qərar verildi - Andrea Anyelli, Pavel Nedved...

İtaliyanın Federal Apellyasiya Məhkəməsi "Yuventus"un keçmiş rəhbərliyinə qarşı qərar çıxarıb.

“İki sahil” "Corriere dello Sport"a istinadla xəbər verir ki, klubun keçmiş idarəedici direktoru Fabio Paratiçi 2 il yarım, eks-prezident Andrea Anyelli 2 il, idarə heyətinin keçmiş üzvü Mauritsio Arrivabene 2 il, keçmiş idman direktoru Federiko Kerubini 1 il 4 ay, keçmiş vitse-prezident Pavel Nedved  8 ay müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıblar.

Qeyd edək ki, İtaliyanın Federal Apellyasiya Məhkəməsi  maliyyə fırıldağına görə "Yuventus"un A Seriyasında 15 xalını silib. Komanda 22 xalla 10-ci pilləyə enib.