21 yanvar 2023 00:16
541

UEFA ilə sanksiyaların ləğvi müzakirə ediləcək

Rusiya Futbol İttifaqının (RFİ) rəsmiləri yanvarın 24-də UEFA-dan olan həmkarları ilə görüşərək Rusiya klublarının və komandalarının beynəlxalq turnirlərə qayıtması məsələsini müzakirə edəcəklər.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS məlumat yayıb.

“Yanvarın 24-də UEFA-nın ofisində RFİ və UEFA nümayəndələrinin görüşü nəzərdə tutulub. Görüşdə Rusiya klublarının və komandalarının beynəlxalq oyunlara qayıtması üçün potensial imkanlar müzakirə olunacaq", - deyə bildirilib.