Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə vermişdir.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında yaxşı dostluq münasibətlərinin olduğunu, bildirdi. “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşü zamanı onu Çinin böyük dostu adlandırmasından şərəf duyduğunu bildirdi. Ölkələr arasında 30 illik siyasi münasibətlərin yaxşı tərəfdaşlığın və dostluğun olduğunun, həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinin göstəricisidir. Ölkə başçısı qurulan möhkəm siyasi platforma üzərində iqtisadi əməkdaşlığın olduğunu qeyd etdi.
Cənab Prezident İlham Əliyev Azərbaycanın son 10 il ərzində Xəzər dənizində yükaşırma qabiliyyəti 15 milyon ton olan və 25 milyon tona qədər artıracağı planlaşdırılan ən böyük ticarət limanlarından birinə sahib olduğunu bildirdi. Ölkənin əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdığını, bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırıldığını vurğuladı.
Cənab Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətinin hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslandığını, yalnız əməkdaşlıq sayəsində uğur qazanıla biləcəyiniqyd etdi. “Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub”. Ölkə Başçısı misal olaraq Azərbaycanın artıq dördüncü ildir Qoşulmama Hərəkatına sədrlik etməsidir. Azərbaycan könüllü, hər hansı təmənna güdmədən pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Cənab Prezident 1990-cı illərin əvvəllərində ölkəmizin köməyə ehtiyacı olduğunu, ölkəmizin bir çox iqtisadi və sosial problemlərlə üzləşdiyini, bu səbəbdən də, kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdığımızı vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsi siyasi mövqeyi və prinsipləri barədə demişdir: “Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam”.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri