“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının İngiltərə çempionatının təxirə salınmış turunda “Tottenhem”lə oyunda (4:2) əzmkar qələbəsini şərh edib.
“İki sahil” xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında qeyd edib ki, qələbəyə baxmayaraq, komandasının oyunundan razı deyil:
“Əvvəlki mövsümlərdəki komandamızdan çox uzağıq. Sizcə, hər dəfə belə geri dönüşlər olacaqmı? Olmayacaq. Komandamı tanımıram. Əvvəllər bizdə qaçmağa həvəs var idi. Biz ən yüksək səviyyədə rəqabət aparmaqdan çox-çox uzağıq. Bu gün şanslıydıq. Əgər nəyisə qazanmaq və ya rəqabət aparmaq istəyiriksə, amma şikayətləniriksə, o zaman heç nə qazanmaq şansımız yoxdur".
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqada 19 oyuna 42 xalla 2-cidir. Bir oyun az keçirən lider "Arsenal"ın 47 xalı var.