20 yanvar 2023 08:24
709

Sərhat Taşdemir “Kocaelispor”da

Azərbaycanın U-19 yığmasının sabiq üzvü Sərhat Taşdemir karyerasını Türkiyədə davam etdirəcək.

“İki sahil” xəbər verir ki, futbolçu “Kocaelispor” klubu ilə anlaşıb.

İyirmi iki yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu bunadək İngiltərədə "Bakston", "Oldhem", "Barnet" kimi klubların formasını geyinib. O, Azərbaycanın U-19 yığmasında 3 oyunda 3 qola imza atıb.