18 yanvar 2023 16:51
531

Ukrayna millisinin üzvü La Liqa klubunda

Kiyev "Dinamo"sunun futbolçusu Viktor Çıqanov karyerasını İspaniyada davam etdirəcək.

“İki sahil” xəbər verir ki, 25 yaşlı yarımmüdafiəşi "Jirona"ya keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ukraynalı futbolçu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.

"Jirona" Çıqanov üçün "Dinamo"ya 5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Ukrayna yığmasının da üzvü olan yarımmüdafiəçi bu mövsüm Ukrayna çempionatında 13 oyunda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.