18 yanvar 2023 14:57
642

Bu gün Milan derbisi var

Bu gün İtaliya Superkubokunun qalibi məlum olacaq.

“İki sahil” xəbər verir ki, həlledici matçda əzəli rəqiblər üz-üzə gələcək. A seriyasının son qalibi "Milan" ölkə kubokunu qazanmış "İnter"lə qarşılaşacaq. Milan derbisi Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, turnirin son qalibi "İnter"dir. "Milan" isə sonuncu dəfə 2011-ci ildə məhz "İnter" üzərində qələbə qazanaraq titula sahib olub.