17 yanvar 2023 18:01
551

"Trabzonspor" futbolçusu ilə yolları ayırdı

"Trabzonspor" futbolçusu Yusuf Erdoğanla yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi “Adana Dəmirspor”a keçib. Futbolçu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Yusuf daha əvvəl “Araklıspor”, “1461 Trabzon”, “Bursaspor” və “Kasımpaşa” kimi komandaların da formasını geyinib. O, 2022-ci ilin yanvar ayından "Trabzonspor"da oynayırdı.