16 yanvar 2023 08:15
1133

Mixail Mudrik “Çelsi”də

“Çelsi” klubu “Şaxtyor”un ukraynalı yarımmüdafiəçisi Mixail Mudriklə müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, tərəflər arasında 8,5 il müddətinə müqavilə bağlanıb. O, yeni klubunda 15 nömrəli formanı geyinəcək.

Daha əvvəl mətbuatda “Çelsi”nin Mixail Mudrik üçün 70+30 milyon avro ödəyəcəyi xəbəri yayılıb.