16 yanvar 2023 01:16
537

İspaniya Superkubokunu “Barselona” qazandı

İspaniya Superkubokunun qalibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, həlledici qarşılaşmada “Real Madrid” və “Barselona” klubları üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fahd Stadionunda baş tutan matç gərgin keçib.

Oyunda 3:1 hesabı ilə sevinən tərəf Kataloniya təmsilçisi olub.

Qolları Qavi, Levandovski və Pedri vurub.

"Real Madrid"dən son dəqiqələrdə Benzema fərqlənib.