15 yanvar 2023 19:51
722

Rəsmi İrəvan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır

İşğalçı ölkənin rəhbərliyi dərk etməlidir ki, təxribatların heç bir nəticəsi olmayacaq

Yanvarın 11-də dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dövlətinin region ölkələri ilə yanaşı, dünya dövlətlərinin də tərəqqisi və inkişafına xidmət edən siyasət yürütdüyünü bəyan etdi.

2022-ci il ərzində Azərbaycan-Ermənistan şərti sərhədində, eləcə də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə silahlı insidentlərin şahidi olduq. Fərrux, “Qisas” əməliyyatlarını, eləcə də sentyabrın ortalarında döyüşləri gördük.

Prezident İlham Əliyev qeyd edib: Mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2022-ci il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək: “Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik.”

İşğalçı Ermənistan qisas almaq cəhdlərindən vaz keçmir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Məğlubiyyət onların otuz ildir davam edən “yenilməz ordu”, “əsgər və komandirlərin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür.

Azərbaycanın 44 günlük Birinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə regionda yeni reallıq yaradıb. Tarixi Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun böyük qəhrəmanlığını, Azərbaycan xalqının iradəsini, vətənpərvərliyini, böyüklüyünü bütün dünyaya çatdırmış oldu. 

Azərbaycan Ordusu hazırda hər zamanki kimi öz suveren ərazisindədir. Sözsüz ki, işğalçı Ermənistan əssassız iddialar irəli sürməklə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik addımlar atır. Bütün bunlar isə ondan xəbər verir ki, Ermənistanda hələ də revanşizm hissi ilə alışıb-yanan qüvvələr var. Ancaq onların bütün bu cəhdləri məhvə məhkumdur. Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, görsək ki, erməni faşizmi baş qaldırır onların başını bir daha əzəcəyik.

Ermənistanın Azərbaycanla sülh sazişini imzalamağa hazır olmaması rəsmi İrəvanın regionda sabitliyi yenidən pozmağa cəhdi kimi də dəyərləndirlə bilər. Bütün təhdid yarada biləcək cəhdlərin qarşısı alınacaqdır. Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Bütün təhlükələr dərhal aradan qaldıracaqdır.

Müharibədən sonra Ermənistan tərəfdə yenidən revanşist qüvvələrin baş qaldırması bir daha təsdiqləyir ki, ermənilər hələ bu müharibədən nəticə çıxarmayıblar. İqtisadi çöküş yaşayan, müharibənin fəsadlarını aradan qaldıra bilməyən bu ölkənin absurd fikirləri həqiqətən gülünc doğurur.

Dövlət başçısı  da dəfələrlə vurğulayıb ki, biz müharibə istəmirik. Amma revanşistlər unutmamalıdırlar ki, dəmir yumruq yerindədir. Bu gün Azərbaycan bütün istiqamətlər üzrə inkişafını davam etdirən, hərbi qüdrətini daha da gücləndirən qabaqcıl ölkələrdən biridir. Bu baxımdan ermənilərin revanşist fikirləri sadəcə xəyal olaraq qalacaq. Ermənistan təkcə döyüş meydanında deyil, bütün istiqamətlərdə məğlub oldu. Ermənistanın yeganə çıxış yolu Azərbaycanın sülh çağırışlarına müsbət cavab verməkdir. Əks halda Ermənistanın mövcudluğu sual altında qalacaq.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri