15 yanvar 2023 01:08
622

"Milan" heç-heçə etdi

"Milan" İtaliya A seriyasında növbəti oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, komanda 18-ci turda səfərdə "Leççe" ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. 

Qeyd edək ki, "Milan" hazırda turnir cədvəlində 38 xalla 2-ci, "Leççe" isə 20 xalla 12-cidir. 

A seriyası, 18-ci tur

"Leççe" - "Milan" - 2:2

Qollar: Hernandes, 3-avtoqol, Basçirotto, 23 - Leau, 58, Salabria, 70