14 yanvar 2023 11:28
659

Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb.

“İki sahil” xəbər verir ki, 38 yaşlı hücumçu "LiveScore" telekanalına müsahibəsində 2016-cı ildə əldə etdikləri Avropa çempionluğunun daha dəyərli olduğunu söyləyib.

Təcrübəli forvardın sözlərinə görə, ölkəsi üçün nəsə qazanmaq əla hissdir: "Belə anlarda həm oyunçu, həm kişi, həm də ata kimi böyüyürsən".

Qeyd edək ki, Portuqaliya millisi AVRO-2016-nın finalında Fransa yığmasını 1:0 hesabı ilə məğlub edərək titula sahib çıxıb. Ronaldu zədə səbəbindən həlledici matçda sonadək oynaya bilməyib.