14 yanvar 2023 10:03
607

Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində bu gün növbəti oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, Nasser Saliminin baş məşqçi olduğu kollektiv ikinci sınağında Böyük Britaniya seçməsi ilə üz-üzə gələcək. Bakı İdman Sarayındakı qarşılaşma saat 17:00-da başlayacaq.

Digər matçda isə Malta və Kipr yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Maltaya 34:25 hesabı ilə qalib gəlib, Böyük Britaniya isə Kiprlə heç-heçə edib - 25:25.