13 yanvar 2023 22:51
739

Azərbaycan gerçəkləri dünya ictimaiyyətinə əha­təli çəkildə çatdırıldı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışları həmişə ictimaiy­yə­tin diqqətini cəlb edir. Gerçəkliyin ifadəsi olan hər çıxış həm də Azərbaycanın xarici siyasətinin kon­turlarını müəyyənləşdirir. Yerli televiziya kanallarına müsahibəsində ölkə başçısı Azər­bay­canın torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən İkinci Qarabağ müharbəsində qa­za­nılan Zəfərdən, bu Zəfərdən sonra dünya dövlətlərinin Azərbaycana münasi­bə­tinin daha da səmimiləşməsindən söz açaraq dedi: Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Çünki mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı”. 

Zəngəzurla bağlı sual ölkə ictimaiyyətini maraqlandıran, Azərbaycanın xarici siyasətini də əhatə­ləyən mühüm bir məsələ ilə bağlı idi. Cənab Prezident bu sualı cavablayarkən dedi: “Qərbi azər­baycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəl­xalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da icmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq”.

Laçın-Xankəndi yolunda keçirilən aksiyanın mahiyyətini dünyanın bəzi dövlətləri hələ də öz adı ilə tanımaq istəmir. Ölkə başçısının bu sualla bağlı dediklərinin də dünya ictimaiyyətini dü­şündürəcəyinə əminik: Bu faktlar günün gerçəklikləridir və bu gerçəkliyi dünya ictimaiy­yə­ti­ real faktlar kimi qəbul edəcəkdir...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 10-da yerli televi­zi­ya kanallarına müsahibəsində Azərbaycan gerçəkliklərini dünya ictimaiyyətinə bir daha, həm də əha­təliliklə çatdırdı. Bu da azərbaycançılığın təsdiqidir...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı