13 yanvar 2023 20:44
663

"Qarabağ" Antalyada ilk yoxlama oyununda məğlub olub

Antalyada təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" futbol klubu ilk yoxlama oyununda məğlub olub.

“İki sahil” xəbər verir ki,  Ağdam təmsilçisi Polşanın "Rakuv" klubu ilə qarşılaşıb. Matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın yeni transferi Adama Diakabi Ağdam təmsilçisində debüt edib. Fransalı hücumçu 2-ci hissədə 25 nömrəli forma ilə meydana çıxıb.

Qeyd edək ki, Azərbaycan çempionu Antalyada daha iki yoxlama matçı keçirəcək. Ağdam klubu yanvarın 18-də Serbiyanın "Çukariçki" və Polşa "Poqon" komandaları ilə üz-üzə gələcək.