13 yanvar 2023 15:49
589

"Qarabağ" fransalı hücumçunu transfer edib

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" Adama Diakabini transfer edib.

Fransalı hücumçu ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.