13 yanvar 2023 23:16
700

Gənclər və idman siyasəti uğurla həyata keçirilir

Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya  əsaslanır. O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub.

İdman  sahəsində  qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.

Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. 

Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilmişdir.   Ölkəmizdə idman sadəsində aparılan uğurlu  siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, uşaqlar  gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var.İdman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan adətən mənəvi cəhətdən də sağlam olur. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir.

Qətiyyətlə demək olar ki Vətəndaşlarımızın fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu qayğı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına əlverişli şərait yaradır. Fərəhli haldır ki, respublikamızda idman bölmələrinə axın kütləvi xarakter alıb.

Ölkəmizdə idmanın təbliği, bu sahəyə olan maraq ildən-ilə yüksəlir. Gənclərin sağlam şəraitdə böyüməsi, pis vərdişlərdən uzaq olması, ölkədə bədən tərbiyəsinin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Hazırda elə bir bölgəmiz yoxdur ki, orada olimpiya idman kompleksi olmasın. İşğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda da idman qurğularının yaradılması nəzərdə tutulub.

Biz bu gün əminliklə deyə bilərik ki , ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən tədbirlər bundan sonra da  gənclərimiz arasında idmana olan marağı daha da artıracaqdır.

Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı