Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov istefa verib.
“İki sahil” xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Aleksandr Petrakov 2021-ci ilin noyabrından Ukrayna millisinə rəhbərlik edirdi. O, buna qədər Ukraynanın müxtəlif yaş qruplarından ibarət yığmalarını da çalışdırıb.