13 yanvar 2023 12:53
620

Çexiyalı məşqçi: "Səbail"dən daha yaxşı oynadıq

Çexiyanın "Bohemians" klubunun baş məşqçisi Yaroslav Veselinin köməkçisi İvan Haşek "Səbail"ə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

“İki sahil” xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında 0:0 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib: "İlk 25 dəqiqədə üstünlük bizdə idi. Sonra rəqib oyunu bərabərləşdirdi. Mükəmməl meydançada oynadıq və yaxşı kombinasiyalar qura bildik. Yaxşı şanslarımız olsa da, dəyərləndirə bilmədik. Bu, ayıbdır. Fasilədən sonra da üstünlük bizdə idi. "Səbail"dən daha yaxşı oynadıq. Topu saxladıq, imkanlar yaratdıq. Əfsuslar olsun, qol vura bilmədik".