13 yanvar 2023 12:02
721

Daha bir uğurlu İdman ili

Müasir dünyamızda idman siyasətin ayrılmaz hissəsinə cevrilərək, ölkələrin müsbət imicini formalaşdıran əlati  olmuşdur. İdman  ictimai  həyatın  bütün  sferalarına  özünəməxsus  təsir  göstərir,  onun  vasitəsi  ilə  bir  çox  sosial  və  siyasi  funksiyalar   həyata  keçirilir.  Ən  qəd im  zamanlardan başlayaraq  bir  çox   xalqlarda  idmanın  müxtəlif  növləri  üzrə  yarışlar  formalaşmağa  başlamışdır.  Bu  yarışlar həmi barışıq üçün,  həmdə  sivil  qaydada münasibətlərin  müəyyənləşdirilməsində  böyük  rol  oynayırdı.

Azərbaycan xalqınında zəngin tarixə söykənən idman  adətləri  olmuşdur.  Müstəqilliyin bərpasının ilk illərindən  Ümummilli  lider Heydər Əliyevin  hakimiyyətə   qayıtdıqdan sonra  Azərbaycanda  idmana  əsl qayğı  başlamışdır. Hər bir  sahələrdə olduğu kimi, idmanın inkişafı  da  dövlət  siyasətinin  əsas  istiqamətlərindən  birinə  çevrilmişdir.  Tədricən  Azərbaycanın idman ölkəsinə çevrilməsi, idmançılarının müxtəlif nüfuzlu yarışlara qatılması, dövlətimizi layiqincə təmsil  etməsi  üçün  addımlar  atılmağa  başlamışdır.  Azərbaycan  idmançılarının Olimpiya  hərəkatına   qoşulması  prosesi   geniş vüsət  almışdır.  Qısa zamanda həyata keçirilən məqsədyönlü tədbirlər və düşünülmüş addımlar, dövlətin idmana və idmançılarımıza maddi və mənəvi dəstəyi sayəsində Azərbaycan idmançılarının uğurları  artmağa başlamışdır. Nəticədə bu gün Azərbaycan güclü idman ölkəsi kimi tanınmaqdadır. 1997-ci ildən MOK-a rəhbərlik edən İlham Əliyev  komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yarada bilmişdir,   ölkəmizdə Olimpiya    Hərəkatının   sürətl i inkişafına   təkan  vermiş  və  onun  Beynəlxalq Olimpiya  Oyunlarının  Hərəkatına  fəal   qoşulmasını təmin  etmişdir. Azərbaycan MOK-u ölkəmizdə Olimpiya Hərəkatının və idmanının inkişafı ilə bağlı məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək, qısa müddət ərzində uğurlu göstəricilər əldə etmişdir.

Cari ilin 9 noyabrnda kecirilən 2022-ci ilin idman yekünlarına  həsr  olunan  mərasimdə  iştirak  edən   Azərbaycan  Respublikasının  Prezidenti,  Milli  Olimpiya  Komitəsinin Prezidenti İlham  Əliyev  ötən  ilndə hər il olduğu kimi,  Azərbaycan idmanı üçün uğurlu il olduğunu  demişdir. Ölkə başcısı bildirmişdir ki, “Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində  qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın  dinamik inkişafı  təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün  əlbəttə ki, ümumi  tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm   idmançılarımızın qələbələri  göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif  beynəlxalq yarışlar Azərbaycanı  bir  daha  idman  ölkəsi  kimi  təsdiqləyir. Bütövlükdə  son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir” - “Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər”

Bütün Bu  nəticələr  dövlətimizin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.  Dövlət   tərəfindən idmançılara  yaradılan şərait onlarda böyük ruh yüksəkliyi oyadır. Prezident İlham Əliyevin  səyləri  nəticəsində   Azərbaycan  idmanı   inkişaf  etdirməklə yanaşı, minlərlə   yeniyetmə   və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün  sağlam  mühütin  yaranmasına  şərait  yaradır. Respublikamızda  idman bölmələrinə  axın edən   gənclərin sayı günü-gündən artmaqdadır. Ölkəmizin  əksər regionlarında   müasir standartlara    cavab  verən Olimpiya   İdman kompleksləri, stadionlar və idman zalları   tikilərək  idmançılarımızın istifadəsinə verilir. Azərbaycanda   gənc  nəslin problemlərinin kompleks   həlli, onların  cəmiyyət    həyatında   layiqli  təbəqə kimi iştirakı üçün dövlət  səviyyəsində bütün addımlar atılır və   gələcəkdə də lazımi işlər görüləcəkdir.    Məsuliyyəti  artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir,  ölkəmizin   inkişafına, beynəlxalq aləmdə  nüfuzunun daha da artmasına  və qarşıya qoyulan vəzifələrin real  həyata vəsiqə  qazanmasına öz töhfələrini  verir.

Əldə olunan idman nailiyyətləri  onu  deməyə  imkan  verir  ki,  Azərbaycan  böyük  idman  ölkəsinə   cevrilib. Vaxtı ilə böyük həsrətlə  işğal  altında olan  torpaqlara   qayıdacağımızı  gözlədiyimiz  kimi,  indi  virana  qoyulan  şəhərlərimizə  böyük  idmanın  gələcəyini  gözləyirik. Qarabağın İmarət stadionunda Avro kuboklar qazanmağını gözləyirik.

 Orxan Baxşəliyev,

YAP Yevlax rayon təşkilatının fəalı