13 yanvar 2023 08:39
597

"Barselona" La Liqanı məhkəməyə verib

“Cope” saytının məlumatına görə, "Barselona" La Liqanı məhkəməyə verib.

“İki sahil” xəbər verir ki, bu qərara səbəb La Liqanın daha əvvəl “CVC Capital Partners” ilə müqavilə bağlamış klublar kimi, Kataloniya komandasına maaşı 15 faiz artırmağa imkan verməməsi olub.

"Barselona" belə bir qərarın klubu rəqiblərlə bərabər səviyyədə mübarizə aparmaq imkanından məhrum etdiyi qənaətindədir.