Yanavarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən Prezident İlham Əliyev bildirdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Ölkə başçısı vurğuladı ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar.Çünki keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilmiş və Azərbaycanın dinamik inkişafı təmin olunmuşdur. Qazanılmış uğurları təhlil edərkən Prezident İlham Əliyev dünya, Avropa çempionatlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırdı.Beynəlxalq yarışlar arasında V İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd edən ölkə başçısı 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın tarixi qələbə qazanaraq komanda hesabında birinci olduğunu, bu dəfə isə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımızın 99 medalla 4-cü yerə layiq görüldüklərini xatırlatdı.
Prezident İlham Əliyev ölkəmizdə idmanın gələcək inkişafı üçün mühüm vəzifələri də müəyyənələşdirdi.Gənc idmançıların hazırlanmasının mütəşəkkil qaydada təmin edilməli olduğunu bildirən ölkə başçısı son vaxtlar bu sahədə daha məqsədyönlü işlərin aparıldığını, bölgələrdə keçirilmiş çoxsaylı tədbirlərin gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacağını vurğuladı. Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilməsi idman uğurlarımızı şərtləndirməklə bərabər gənclərin, yeniyetmə və uşaqların erkən yaşlarından idmana cəlb edilməsini təmin edəcək ki, bu da yetişən yeni nəslin tərbiyəsi üçün çox böyük əhəmiyyətə malikdir.İdman həm fiziki güc, həm də özündə fiziki güc hiss edən hər bir insan mənəvi cəhətdən də sağlam olması deməkdir.Ölkə başçısı öz çıxışında bildirid ki,görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır.Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmlidir.Bir halda ki,idman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsini təşkil edir.Ölkəmizdə isə idman prioritet sahədir.Ölkəmizdə idmana dövlət dəstəyi,xüsusilə də Prezident cənab İlham Əliyevin diqqət və qayğısı yüksək səviyyədədir.İdmana və idmançılara olan yüksək diqqət-qayğı,böyük hörmət nəticələrin də olmasını labüd edir.Bu gün ölkəmizdə idmanla məşğul olmaq üçün bütün imkanlar var.Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılb və bu proses davam etdirilir. Son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb.Bu təcrübə bütün bölgələrə də şamil olunacaqdır. 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən Prezident İlham Əliyev azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışının keçirildiyinə diqqət çəkdi. Azad edilmiş ərazilərdə beynəlxalq idman yarışının keçirilməsinin çox böyük tarixi əhəmiyyəti var. Çünki bu ərazilər artıq canlanır və insanlar qayıdışı ilə yeni həyat gəlir. Bütün şəhərlərin Baş planlarının təsdiq edildiyini bildirinən ölkə başçısı bərpa-quruculuq işlərinin Baş planlar əsasında aparılacağını və azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulduğunu qeyd etdi.Hazırda Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir.Bundan əlavə, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub.Bildiyimiz kimi işğal dövründə Qarabağ Atçılıq Kompleksi Ağcabədi rayonunda yaradılmışdı.Torpaqlarımız işğaldan azad olunduqdan sonra ölkə başçısı tərəfindən qərar qəbul olunmuşdur ki,Qarabağ Atçılıq Kompleksi əzəli yerində olmalıdır və məhz bu səbəbdən də Eyvazxanbəyli kəndində çox gözəl,müasir atçılıq kompleksi yaradılması üçün artıq işlərə start verilmişdir.
Əlbəttə ki, idmana dövlət dəstəyi - bunun da xüsusi əhəmiyyəti var. Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq.” Ölkəmizdə kompleks tədbirlərin həyata keçirilməsi hərtərəfli inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet vəzifə kimi qoydu.Regionların malik olduğu imkanlardan maksimum isstifadə etmək üçün Regional inkişaf proqramları təsdiqləndi.Bu proqramlar çərçivəsində bölgələrdə mühüm sosial layihələr həyata keçirilir.Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib.Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər.İdmançılarımız bu dəfə də gözəl nəticə göstərəcəklər.
“Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək.”
Artıq bu gün əminliklə deyə bilərik ki, Azərbaycan gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursunu alqışlayır və bu siyasətin icrasında daim onun yanındadır. Bəli, bu gün Azərbaycan gəncliyi hər bir sahədə inkişaf edir,öz bilik,bacarıq,dil savadı ilə seçilirlər və qürurvericidir ki, Liderimiz gənclərimizin daima yanındadır, biz gənclər üçün bir örnəkdir.Biz gənclər də hər bir sahədə bu etimadı doğrultmaq üçün əllərimizdən gələni əsirgəməməliyik.
Orxan İsmayılov,
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir