“2023-cü ilin Azərbaycan üçün uğurlu olacağını qəti olaraq söyləmək mümkündür. Bunun üçün bütün imkanların yarandığı deyə bilərik. Azərbaycan Prezidenti yerli telekanallara verdiyi müsahibəsində də bütün konturları diqqətə çatdırdı, real proqnozlar səsləndirdi. Xüsusilə də Ermənistanla Azərbaycan arasında gözlənilən, lakin hələ də baş tutmayan danışıqlara, imzalanmayan sülh müqaviləsinə də məhz bu il aydınlıq gətiriləcək. Bu barədə danışarkən cənab Prezident qeyd etdi ki, keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik”.
Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycan azad etdiyi ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır: “Əsasən Azərbaycanın öz vəsaiti hesabına inşa edilən müxtəlif yönümlü və müxtəlif sahələri əhatə edən obyektlər xalqımızın daha tez məskunlaşmasını təmin edə bilsin. Keyfiyyət amilinin üstünlük təşkil etdiyi bu meqalayihələrlə yanaşı Azərbaycan həm də 30 ildən artıq aktiv müharibə şəraitində olduğu Ermənistanla sülh şəraitində yaşamaq istəyir. Amma məğlub Ermənistanın indiki rəhbərliyi, o cümlədən müxalifəti yeni müharibənin başlanması üçün bütün imkanlarını səfərbər etməyə can atırlar. Düzdür, Ermənistan hakimiyyəti bunu üstüörtülü etməyə çalışır, digər tərəfdən itirdiklərini geri qaytarmaq üçün “dostlarının” imkanlarından və nüfuzlarından istifadə etməyi də unutmurlar. Amma müharibə daimi olmadığı kimi, sülh müqaviləsinin imzalanmaması da bir sıra anlaşılmazlıqlar yaradır.
Cənab Prezident bu vəziyyətdən daha çox Ermənistanın narahat olmalı olduğunu dedi. Bildirdi ki, ermənilər delimitasiyanı istəmirlər – heç lazım da deyil. Sərhəd də bizim lazım bildiyimiz yerdən keçəcək. Çünki Azərbaycanın buna yetərində imkanı var. 2023-cü il dönüş ili olacaq, həm iqtisadi, həm sosial, həm hərbi quruculuq, o cümlədən geosiyasi baxımdan uğurlarımız bol olacaq. Zəngəzur dəhlizinin açılması dab u ilin ayağına yazılıb. İnanırıq ki, bu layihə addım-addım həyata keçiriləcək. İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri, yeni infrastruktur layihələrinin icrası bunu deməyə əsas verir”.
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir