Bu gün Azərbaycan dünyanın istər siyasi,istərsə də iqtisadi sistemində xüsusi yer tutan ölkələrdəndir. Azərbaycan əldə etdiyi nailiyyətlərə Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində nail olmuşdur. Başqa fəaliyyət sahələrində olduğu kimi ölkəmiz idmanda da böyük uğurlar qazanıb, sürətli inkişaf dövrünü yaşayır. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsindən sonra Azərbaycanda idmanın inkişafı istiqamətindən ciddi tədbirlər həyata keçirildi. Bütün ölkə üzrə müasir idman infrastrukturunun yaradılması istiqamətindən nəhəng quruculuq layihələinin dəqiq planını müəyyənləşdirildi. Bu gün Azərbaycanda 53 idman federasiyası, 66 idman təşkilatı 60-dan çox idman klubu,170 idman məktəbi fəaliyyət göstərir. Azərbaycan idmançılarının olimpiya yunlarında uğurlarının yüksələn xətlə irəliləməsi bu sahədə aparılan işlərin planlı olmasının və ardıcıllığının göstəricisidir.
Odlar diyarımız ilk Avropa Oyunlarının, İslam Həmrəyliyi oyunları, Dünya Şahmat Olimpiadası, Formula-I üzrə Qran-Pri-lərin, Avropa Yay Gənclər Olimpia Festifalının ünvanı oldu. Hər il olduğu kimi Prezidentimiz bu ildə yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək 2022-ci ilin idman yekunlarından danışıb. Çıxışında Azərbaycanın idman ölkəsi olduğu və idmançıların qələbələrinin bunu təsdiqlədiyini xüsusi ilə vurğulayıb. Bu il idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar,onlardan 300-ə yaxını qızıldır. Prezidentimiz beynəlxalq yarışlar arasında xüsusi ilə V islam həmrəyliyi oyunlarının qeyd etdi. 5 il əvvəl Bakıda keçirilən yarışda Azərbaycan komanda hesabında I olmuşdur. Bu il isə 99 medalla IV yerə çıxdı. Gərgin mübarizə ilə IV yeri tutmaq əlbəttə böyük qələbə idi. Gənclər və İdman Nazirliyi qarşısında konkret vəzifələr qoyan Prezidentimiz,gənclər, yeniyetmələr, uşaqlar arasınada idmanla bağlı təbliğatın aparılması onların idmana cəlb edilməsi barədə fikirlər söylədi. Bildirdi ki, bizim görkəmli idmançıların uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır.Çünki,bizim idmançılarımız həyatda,cəmiyyətdə,məişətdə özərini ləyaqətlə aparırlar. İdmanın kütləvi hal almasını vurğulayan Prezidentimiz Bakı şəhərinin parklarında idmanla məşğul olmaq üçün şərait yaradılmasından,trenajorlar quraşdırılmasından və bunun bütün bölgələrdə tətbiq edilməsinin vacibliyini göstərdi. Nazirliklə yerli icra orqanlarına bu məsələ ilə bağlı göstəriş verdi. Prezidentimiz çıxışında azad edilmiş torpaqlarımızda idman qurğularının yaradılması bütün şəhərlərin Baş planlarının təsdiq edildiyini bildirmişdir. Ağdamın məşhur “ İmarət “ stadionunun yeni layihəsi işlənilir.Onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununa bərabər keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulmuşdur. Şuşadan beynəlxaıq şahmat yarışı,Suqovuşanda avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndi yaxınlığında Triatlon yarışı keçirilmişdir. Bütün bunları qeyd edərək Prezidentimiz Azərbaycanın özünü dünyada güclü İdman dövləti kimi təsdiqlədiyini bir daha vurğuladı. Siyasətimiz ardıcıl olaraq aparılır. Ölkəmizdə əmin-amanlıq hökm sürür, quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün qürur mənbəyidir.
Vüsalə Mehdiyeva,
Bakı şəhəri, Y.Yusifov adına 265 № li tam orta məktəbin tarix müəllimi
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir