Ölkəmiz idman sahəsində bu gün nəyinki regionda, beynəlxalq arenada yüksək səviyyədə təmsil olunur. Azərbaycanın idman dövləti olduğunu vuğulayan cənab prezident, bu sahədə dünyanın bir çox İEÖ və İEOÖ-dən daha çox imkan yaradıldığını və bu sahədə yeni keyfiyyətli nəticlərin əldə olunmasına dəlalət edir. Ölkəmiz müxtəlif idman növlərinə görə beynəlxalq səviyyədə idman turnirlərində fəal iştirak edərək, çox böyük nəticlər əldə etmişdir.
Bu günün inkişaf etmiş idmanı Ulu öndərin və onun layiqli davamçısı prezident İlham Əliyevin yorulmaz, qətiyyətli fəaliyyətinin nəticəsidir. Ulu öndər hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi ilk mühüm işlərdən biri Azərbaycanın Gənclər və İdman Nazirliyinin yaradılması və formalaşdırılması oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir, bu sahə dövlət siyasətinin pioritetləri sırasında mühüm yerlərdən birini tutur. Bu prosses 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən başlanıb desək, yanılmarıq.
O vaxt idmanımızın strateji inkişafını təmin edən yeni konsepsiya müəyyənləşdirildi. Azərbaycanı dünya miqyasında idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan İlham Əliyev bütün ölkə üzrə müasir idman infrastrukturunun yaradılması istiqamətində nəhəng quruculuq layihələrinin dəqiq planını müəyyənləşdirdi. Hazırda demək olar elə bölgəmiz yoxdur ki, orada müasir idman qurğuları olmasın. Söhbət 50-dək olimpiya idman kompleksindən, 64 idman növü üzrə modern bazadan gedir. Bu gün Azərbaycanda 53 idman federasiyası, 66 idman təşkilatı, 60-dan çox idman klubu, 170 idman məktəi fəaliyyət göstərir. Federasiyalardan 23-ü olimpiya, 36-ı qeyri olimpiya idman növünə aiddir. Bu göstərici ilə Azərbaycan Müstəqil Dövlətlər Biriliyi ölkələri arasında öndə gedir. Bütün bunlar uzun müddət aparaılan səmərəli fəaliyyətin nəticəsidir. Azərbaycanda idmanın kütləviliyinə nail olmaq üçün zəruri tədbirlər görən prezident İlham Əliyevin idmanı çox sevməsi də mütləq vurğulanmalıdır, çünki başlıca nailiyyətlərin mərkəzində duran mühüm amillərdən biri də məhz budur.
Xəbər verildiyi kimi, cari ilin yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı İdman sahəsində aparılan uğurlu və məqsəd yönlü dövlət siyasətindən danışaraq, idmana ölkəmizdə xüsusi qayğının göstərildiyini vurğulamışdır. Ilham Əliye çıxışı zamanı “İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.”- deyə vurğulamışdır.
Cənab İlham Əliyev çıxışı zamanı daha bir mühüm nüansı qeyd edərək: “Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir.”- deyə konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Əlirza Abdullayev,
YAP Yevlax rayon Təşkilatının fəalı
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir