PSJ-nin futbolçusu Lionel Messi ötən gün Liqa 1-də növbəti qolunu vurmaqla Avropanın 5 əsas liqasının klublarında rekorda şərik oldu.
“İki sahil” xəbər verir ki, argentinalı hücumçu bütün klub turnirləri daxil olmaqla 696-cı qolunu vurmaqla Kriştiano Ronaldoya çatıb.
O, daha bir dəfə fəqlənməklə rekordçu olmağa yaxındır. Çünki bu göstəricidə rəqib olan Ronaldo Avropada deyil, Asiyada - Səudiyyə Ərəbistanının “Əl-Nəsr”in klubunda çıxış edir.
Qeyd edək ki, Messi 832 oyuna 696 qol vurub, 297 məhsuldar ötürmə edib. Ronaldo isə 919 oyuna 696 qol 197 məhsuldar ötürmə ilə yadda qalıb.