12 yanvar 2023 12:24
640

Lyakazettin 500-cü oyunu

Liqa 1-in 18-ci turunda "Nant"la matç "Lion"un futbolçusu Aleksandr Lyakazett üçün əlamətdar olub.

“İki sahil” xəbər verir ki, fransalı hücumçu bu görüşdə iştirak etməklə klub karyerasında bütün turnirlərdə ümumilikdə 500-cu oyununu keçirib.

31 yaşlı forvard "Lion"da 294, "Arsenal" da isə 206 matça çıxıb. Ümumilikdə Lyakazett bu klubların heyətində 210 qol vurub.