12 yanvar 2023 12:07
682

"Səbail" Çexiya təmsilçisi ilə üz-üzə

Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" bu gün növbəti yoxlama matçına çıxacaq.

“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi Çexiyanın "Bohemians 1905" komandası ilə qarşılaşacaq.  Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Şahin Diniyevin komandası Antalyadakı ilk yoxlama matında Polşa "Legiya"sı ilə heç-heçə (2:2) edib.

12 yanvar

Yoxlama oyunu

18:00. "Səbail" - "Bohemians 1905"