11 yanvar 2023 15:11
800

Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır

Bu il yanvar ayının 9-da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etmişdir. Dövlət Başçısı ötən ildə ölkə miqyasında görülmüş işləri yüksək qiymətləndirmiş, qarşıya qoylmuş bütün vəzifələrin icra edildiyini və Azərbaycanın dinamik inkişafının təmin olunduğunu, ölkəmizdə müxtəlif beynəlxalq yarışların keçirilməsini Azərbaycanın idman ölkəsi kimi təsdiqlədiyini bildirmişdir.

Cənab Prezident İlham Əliyev idmançılarımızın  300-ə yaxını qızıl olmaqla beynəlxalq yarışlarda 800-dən çox medal qazanmaqla dünya və Avropa çempionatlarında ölkəmizi ləyaqətlə təmsil etdiklərini bildirmişdir. Bu il Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 56 ölkə arasında idmançılarımızın 99 medalla 4-cü yerə layiq görülməsi idman sahəsindəki böyük nailiyyətimizdir.

Ölkə başçısı gənc idmançıların hazırlanması sahəsində daha məqsədyönlü fəaliyyət işləri görüldüyünü vurğuladı. Belə ki, 5 il bundan əvvəl İslam Həmrəyliyi Oyunlar Bakıda keçirilərkən iştirak etmiş idmançılarımızın bir çoxu Konyada İslam Həmrəyliyi Oyunlarında iştirak etməməsi nəsillər dəyişməsi, nəsillərin dəyişməsilə idmançılarımızın öz təcrübəsini gənc idmançılara ötürməsilə əlaqəlidir. Bölgələrdə də idmanın inkişafına xüsusi diqqət yetirilir və 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır.

Cənab Prezident İlham Əliyev Bakının ən mötəbər idman yarışlarına ev sahibliyi etdiyini və bu işin davam olunacağını, ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcəyini bildirmişdir. “2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin”.

Ölkə başçısı son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılması və trenajorlar quraşdırılması təcrübəni bütün bölgəldə tətbiq olunması barədə  nazirlik, yerli icra orqanlarına tapşırıq verdi.  

Azad olunmuş şəhərlərimizdə idman quruculuğundan danışarkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir: “Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu”.

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri