11 yanvar 2023 15:22
614

"Trabzonspor"un Abdullah Avcı qərarı

"Trabzonspor" klubunun baş məşqçi Abdullah Avcı ilə bağlı mövqeyi bəlli olub.

"İki sahil"in DHA-ya istinadən yaydığı xəbərə görə, Qara dəniz təmsilçisi son vaxtlar superliqada uğursuz nəticə göstərən komandanın baş məşqçisi ilə yollar davam etmək qərarı verib. Yerli liqanın 18-ci turunda "Trabzonspor" səfərdə "Alanyaspor"a 0:5 hesabı ilə uduzub. Bu, onların cari çempionatda 4-cü məğlubiyyəti olub. Hazırda ehtiyatında 29 xalı olan son çempion "Trabzonspor" lider "Qalatasaray"dan 10 xal geri qalmaqla 6-cı yeri tutur.

Məlumata görə, klub rəhbərliyi bu nəticəyə baxmayaraq, A.Avcı ilə yolları davam etdirməklə bağlı qərar verib. Məşqçi özü isə uğursuz nəticələrin səbəbləri ilə əlaqədar kluba geniş hesabat hazırlayır.