11 yanvar 2023 12:24
672

Reşford "Mançester Yunayted"in rekordçusu oldu

“Mançester Yunayted”in hücumçusu Markus Reşford klub tarixinin rekordunu yeniləyib.

“İki sahil” xəbər verir ki, rekord İngiltərə Liqa kubokunun 1/4 finalında “Çarlton”la keçirilən oyunda (3:0) qeydə alınıb.

Oyunda 2 qol vuran ingilis forvard “qırmızı şeytanlar”ın keçmiş futbolçusu Ueyn Runini geridə qoyub.

O, 2012-ci ilin aprelindən sonra ardıcıl 8 ev oyununda qol vuran ilk “Mançester Yunayted” futbolçusu olub. Runi ardıcıl 7 ev matçında qol vura bilib.

Qeyd edək ki, Markus Reşford bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 25 oyuna çıxıb, 15 qol vurub və 6 məhsuldar ötürmə edib.