"Yuventus"un sabiq baş məşqçisi Andrea Pirlo Belçika millisini çalışdırmaq istəyir.
"İki sahil" HLN-ə istinadən xəbər verir ki, Belçika Futbol Federasiyasının rəhbərliyi Roberto Martinesin gedişindən sonra yeni komandanın baş məşqçisi axtarışlarını davam etdirir. Pirlo milli komandada işləmək imkanını müzakirə etmək üçün qurumla əlaqə saxlasa da, onun məşqçilik üslubunun komandaya uyğun olacağı dəqiq deyil.
Boş qalan vəzifəyə namizədlərdən biri Martinesin köməkçisi olmuş və mütəxəssis gedəndən sonra vəzifəsini tərk etməyən Tyerri Anridir. Müdafiəçi Tobi Alderveyreld və hücumçu Romelu Lukaku artıq fransızı millinin yeni baş məşqçisi kimi görmək istədiklərini bildiriblər.