10 yanvar 2023 13:53
1262

Hər bir futbolçu “Neftçi”də oynamaq istəyər- Höccət Haqverdi

“Hər bir futbolçu “Neftçi”də oynamaq istəyər”.

“İki sahil” xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Höccət Haqverdi klubun televiziyasına açıqlamasında deyib.

Bakı klubunun “Traktor”dan yeni transfer etdiyi Azərbaycan millisinin müdafiəçisi bu keçidə görə məmnun olduğunu bildirib: “Əla hisslər keçirirəm. Əvvəllər Azərbaycanda olmuşam. “Neftçi”ni tanıyıram, böyük klubdur”.