10 yanvar 2023 11:44
641

Hakim kənara vurulan topu qol kimi qeydə aldı

İtaliya futbolunda qeyri-adi hadisə baş verib.

“İki sahil” xəbər verir ki, aşağı liqa təmsilçiləri “Noikattaro” ilə “Kastelyana” arasında keçirilən oyunda hakim kənara vurulan topu qol kimi hesaba alıb.

Qarşılaşmanın 18-ci dəqiqəsində ikincilərin hücumu zamanı futbolçunun qapıçı ilə təkbətək epizodda zərbəsi çərçivədən yan keçib. Oyunçunun başını tutduğu bir vaxtda baş hakimin meydanın mərkəzini göstərməsi ilə “Kastelyana”nın üzvləri bunun sevincini yaşayıblar.

Qərardan şoka düşən “Noikattaro” futbolçuları isə referini mühasirəyə alaraq, uzun müddət etirazlarını bildiriblər.