"Turan Tovuz" futbolçusu İmeda Aşortia ilə yolları ayırıb.
"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcüstanlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, İ.Aşortia bu mövsümün əvvəlindən "Turan Tovuz"da oynayırdı.