09 yanvar 2023 00:04
653

"Mançester Siti" "Çelsi"ni darmadağın etdi

İngiltərə kubokunda 1/32 finalın oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, bu gün "Mançester Siti" öz meydanında "Çelsi" ilə qarşılaşıb. "Şəhərlilər" rəqib qapısına 4 cavabsız qol vurub.

Qollar: Mahrez, 23, Alvarez, 30, Foden, 38, Mahrez, 85

Bu qələbə ilə "Mançester Siti" 1/16 finala yüksəlib. "Çelsi" isə mübarizəni erkən dayandırıb. 

Qeyd edək ki, iki gün əvvəl bu komandalar İngiltərə Premyer Liqasının 19-cu turunda qarşılaşıb və həmin oyunda da "Mançester Siti" qalib gəlib - 1:0.