08 yanvar 2023 21:11
641

Yere Uronen "Şalke"də

Almaniyanın "Şalke" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın "Brest" klubundan Yere Uroneni transfer edib. Bu barədə Gelzenkilxem təmsilçisininin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı cinah müdafiəçisi 1 il ərzində icarə əsasında "Şalke"də çıxış edəcək.

Qeyd edək ki, Yere Uronen "Brest"ə 2016-cı ilin yanvarında "Genk"dən transfer olunub. Finlandiyalı futbolçu bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.