08 yanvar 2023 19:40
602

"Şamaxı" da Antalyaya getdi

"Şamax"ı qış təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb.

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda 11 günlük toplanışda 3 yoxlama oyunu keçirəcək.

11 yanvarda Qazaxıstanın "Kaysar" və Rumıniyanın "Botaşani" klublarıyla qarşılaşacaq "Şamaxı" toplanışın son matçında yanvarın 18-i Serbiyanın "Napredak" klubu ilə üz-üzə gələcək.