07 yanvar 2023 13:58
549

Eden Azar Ronaldo ilə komanda yoldaşı ola bilər

Kriştianu Ronaldonu transfer edən Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" daha bir avropalı ulduzu heyətinə cəlb etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, "Real"ın futbolçusu Eden Azar Səudiyyə Ərəbistanı təmsilçisinə keçə bilər.

Klubun baş məşqçisi Rudi Qarsiya onun transferini istəyir. Belçikalı yarımmüdafiəçinin yayda "Əl-Nəsr"ə transferi mümkündür.