06 yanvar 2023 16:06
538

"Mançester Yunayted"dən yeni transfer -  RƏSMİ

"Mançester Yunayted" heyətinə yeni qapıçı cəlb edib.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, "Kristal Palas"dan Cek Batlend icarəyə götürülüb.

İngiltərəli qolkiperin müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Batlend bu mövsüm "Kristal Palas"ın heyətində meydana çıxmayıb.