2022-ci ilin ən məhsuldar qapıçısı açıqlanıb.
“İki sahil” xəbər verir ki, ilin qolkiper bombardirini İFFHS müəyyənləşdirib.
Qaspar Servio ötən il hamıdan çox qol vurub. 30 yaşlı argentinalı qapıçı 4 dəfə fərqlənib. "Rosario Sentral"da çıxış edən qolkiper çempionatda 3, kubokda 1 qola sevinib. O, bütün qolları penaltidən vurub.
Qeyd edək ki, Servio ardıcıl ikinci dəfə qapıçılar arasında bombardir olub. 2021-ci ildə Paraqvay "Quarani"sində forma geyindiyi vaxt Qaspar 7 qola imza atıb.