05 yanvar 2023 18:35
525

“Sivasspor” – “Qalatasaray” oyununda səhv edən hakim karyerasını bitirib

Türkiyə Super Liqasında XV turun “Sivasspor” – “Qalatasaray” oyununda VAR hakimi Özgüç Türkalp karyerasını bitirib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı ədalət təmsilçisinin özü açıqlayıb.

28 ildir referilik edən Türkalp yerli Hakimlər Komitəsinə verdiyi yazılı izahatında Sivasdakı matçda etdiyi səhvləri bilərəkdən etmədiyini bildirib. Onun sözlərinə görə, yanlış qərarlarında hansısa qərəzdən söhbət gedə bilməz.

Qeyd edək ki, “Qalatasaray”ın səfərdə 2:1 hesabı ilə qalib gəldiyi oyundan sonra Türkiyə Mərkəzi Hakimlər Komitəsi "Sivasspor"un matçda sayılmayan qolunun yanlış qərar olduğundan Türkalpa bir daha təyinat verilməyəcəyini açıqlamışdı.