05 yanvar 2023 17:49
541

"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" klubu futbolçusu Marko Veşoviçin müqaviləsinin müddətini uzadıb.

Ağdam təmsilçisindən “İki sahil”ə verilən məlumata görə, 32 yaşlı müdafiəçinin yeni sözləşməsi 2025-ci il iyunun 30-dək nəzərdə tutulub.