05 yanvar 2023 14:26
435

Kloppdan Almaniya millisi açıqlaması

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Almaniya millisini çalışdıracağını istisna etməyib.

“İki sahil” xəbər verir ki, o, "Bild"ə açıqlamasında deyib: “Ola bilər ki, nə vaxtsa Almaniya millisinin baş məşqçisi olum. Ancaq bunun üçün işləmək lazımdır. "Liverpul"dan ayrılsam, bir il heç nə etməyəcəyəm".

Qeyd edək ki, almaniyalı mütəxəssis 2015-ci ildən "Liverpul"u çalışdırır. 

Xatırladaq ki, Almaniya millisinin hazırkı baş məşqçisi Hans-Diter Flikdir.