05 yanvar 2023 14:05
342

2022-ci ilin ən yaxşı qapıçısı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı qapıçılarının adını açıqlayıb.

"İki sahil" qurumun saytına istinadən xəbər verir ki, Belçika millisinin və "Real"ın futbolçusu Tibo Kurtua (125 xal) ilin ən yaxşı qapıçısı seçilib. Emiliano Martines (Argentina, "Aston Villa") 110 xalla 2-ci, Yassin Bunu (Mərakeş, "Sevilya") 55 xalla 3-cü olub.

Qeyd edək ki, Kurtua ötən mövsüm Madrid klubu ilə İspaniya çempionu və Çempionlar Liqasının qalibi adına yiyələnib.