"Borussiya"nın (Münhenqladbax) qapıçısı Yann Zommer "Bavariya"ya keçməyə yaxındır.
"İki sahil"ə "Sky Germany" nəşrinə istinadən xəbər verir ki, tərəflər 2025-ci ilə qədər müqavilə imzalayacaqlar.
"Bavariya" hazırda əsas qapıçı Manuel Noyerin ayağını sındırdıqdan sonra əvəzedici kimi isveçrəli qolkiperi almağa qərar verib.
Xatırladaq ki, Noyer xizək sürərkən ayağını sındırıb.