05 yanvar 2023 09:40
380

Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb

"Tottenhem"in futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, 30 yaşlı hücumçu buna "Kristal Pelas"a 4:0 hesabı ilə qalib gəldikləri XIX tur oyununda dubl etməklə nail olub.

İngiltərə millisinin üzvü yerli çempionatda vurduğu qolların sayını 198-ə çatdırıb. Keyn yığmanın sabiq forvardı Alan Şirerin 300 matçda ən çox fərqlənmə rekordunu qırıb.

Şirer Premyer Liqadakı ilk 300 qarşılaşmada 196 dəfə rəqib qapılarına yol tapmışdı.