"Roma" 2023-cü ildə ilk oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi İtaliya A seriyasının 16-cı turunda "Bolonya"nı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Roma" - "Bolonya" - 1:0
Qol: Lorenzo Pelleqrini, 6-pen.
Bu nəticədən sonra Joze Mourinyonun baş məşqçisi olduğu komanda 5-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 41 xalla "Napoli" başçılıq edir.